KRİMİNAL XRONİKA

Əsas səhifə

Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının ...

04.03.2020

Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 15-də Beynəlxalq Avtovağzal kompleksinin ərazisində yerləşən mağazaların birində D.Həyatovun içərisində 1500 manat və sənədlər olan pulqabısını oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş N.Fərzəliyev saxlanılmışdır.
 
Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 2 evdən 400 manat və 1500 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Mikayılov saxlanılmışdır.