KRİMİNAL XRONİKA

Əsas səhifə

Martın 7-də saat 23 radələrində Suraxanı qəsəbəsi A.Rzayev küçəsində ...

07.03.2020

Martın 7-də saat 23 radələrində Suraxanı qəsəbəsi A.Rzayev küçəsində Bakı şəhər sakinləri Y.Nadirovun idarə etdiyi “KİA” və Şəhriyar Həsənovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşmuşdur. Nəticədə Ş.Həsənov və sərnişinlərindən anası Minayə Hüseynova hadisə yerində ölmüş, 3 sərnişini isə xəstəxanaya yerləşdirilmişdir.
Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

Martın 6-da Nərimanov rayonu ərazisindəki parkların birində naməlum şəxs Saatlı rayon sakini T.Süleymanovun mobil telefonunu soyğunçuluq yolu ilə almışdır. Nərimanov RPİ 18-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini M.Əliyev saxlanılmışdır.

Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində Bakı şəhər sakinləri S.Allahverdiyevanın, P.Abbasovun və M.Ağayevin velosipedlərini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvələr məhkum olunmuş N.Əliyev saxlanılmışdır.

Yasamal RPİ 26-cı PB və Abşeron RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində fevralın 15-də Yasamal rayonu ərazisindəki evlərin birindən 180 manat pul, 3000 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini A.Yoldaşov saxlanılmışdır.