KRİMİNAL XRONİKA

Əsas səhifə

Nəsimi RPİ 21-ci PB əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində...

09.03.2020

Nəsimi RPİ 21-ci PB əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.İslamovdan nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd paron darağı və 7 ədəd patron götürülmüşdür.
 
Polis əməkdaşları tərəfindən aparılan profilaktiki tədbirlər nəticəsində Nardaran qəsəbə sakini S.Hüseynov müvafiq sənədləri olmayan, nömrəsi silinmiş “İJ-16” markalı tüfəngi könüllü olaraq Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinə təhvil vermişdir. 

Nərimanov RPİ 16-cı PB əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsində şübhəi bilinən M.Mustafayevin Nərimanov rayonu ərazisində kirayədə yaşadığı mənzildə keçirdikləri əməliyyat tədbiri nəticəsində oradan 149 qrama yaxın heroin, 42 qrama yaxın tiryək, 389 qram marixuana və 8 qrama yaxın metamfetamin aşkar edilərək götürülmüşdür.
Davam etdirilən tədbirlərlə M.Mustafayeva narkotik vasitəni satmaqda şübhəli bilinən Bakı şəhər sakini A.Əliyev də müəyyən edilərək saxlanılmış, ondan isə 516 qrama yaxın marixuana götürülmüşdür.

Martın 9-da saat 19 radələrində Xətai rayonunun Zığ yolu küçəsində Bakı şəhər sakini T.Məmmədov idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən paytaxt sakini Rübabə Bağırovanı vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür.
Xətai RPİ tərəfindən araşdırma aparılır. 

Martın 9-da saat 23 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində qəsəbə sakini M.Nəbiyev idarə etdiyi “Khazar” markalı avtomobillə yolun kənarı ilə velosiped sürən həmyerlisi Aydın Ağayevi vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş A.Ağayev martın 10-da orada ölmüşdür.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.