KRİMİNAL XRONİKA

Əsas səhifə

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

14.03.2020

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 27-də rayon ərazisindəki evlərin birindən pul və 6000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini B.Eminov saxlanılmışdır. Ətrafında aparılmış tədbirlərlə onun daha 13 evdən pul, qızıl-zinət və məişət əşyaları oğurlaması da müəyyən edilmişdir.

Pirallahı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 25-də rayon ərazisindəki həyətlərin birindən 140 metr elektrik naqili, habelə “Mercedes” markalı avtomobildən mobil telefon və təmir alətləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Yusifli saxlanılmışdır.

Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Həsənov saxlanılmışdır.

Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 900 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Məmmədzadə saxlanılmışdır.

Nizami RPİ 25-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 14-nə keçən gecə Q.Qarayev prospektindəki mağazaların birindən pul, 1150 manat dəyərində 1 ədəd velosiped və 1 ədəd fotoaparat oğurlamaqda şübhəli bilinən, Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Bakı şəhər sakini A.Həsənov saxlanılmışdır.