KRİMİNAL XRONİKA

Əsas səhifə

Qaradağ RPİ 11-ci PB əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri...

11.03.2020

Qaradağ RPİ 11-ci PB əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Lökbatan qəsəbə sakini, əvvəllər məhkum olunmuş N.Nəcəfovdan 50 qramdan artıq tiryək, 13 qramdan artıq metamfetamin və metadon, “Nissan” markalı avtomobilindən isə 5 kiloqramdan artıq marixuana aşkar edilərək götürülmüşdür. 

Binəqədi RPİ 4-cü PŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində İsmayıllı rayon sakini Z.Mövlanlının idarə etdiyi “KİA” markalı avtomobilə baxış zamanı oradan “Retay 84 FS” markalı  tapança, 5 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülmüşdür.