KRİMİNAL XRONİKA

Əsas səhifə

Pirallahı RPŞ-nin əməkdaşları tərəfindən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş...

12.03.2020

Pirallahı RPŞ-nin əməkdaşları tərəfindən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş V.Məmmədovdan 480 qram marixuana götürülmüşdür.

Yasamal RPİ 29-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 11-də Bakı şəhər sakini R.Nuriyevin mobil telefonunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş R.Qurbanov saxlanılmışdır.

Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu il yanvarın 29-dan martın 5-dək olan müddətdə paytaxt sakinləri olan 3 nəfərə qarşı dələduzluq etməkdə, habelə bir nəfərin 240 manat pulunu oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini R.Səlimzadə saxlanılmışdır.

Binəqədi RPİ 5-ci PB-nin əməkdaşları tərəfindən bu il fevralın 26-da və martın 3-də rayon ərazisində 2 avtomobildən maqnitofon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Kazımov saxlanılmışdır.

Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən il dekabrın 25-də Bakı şəhər sakini olan bir qadının mobil telefonunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş M.Zeynalov saxlanılmışdır. Onun borclu şəxs qismində axtarışda olması da müəyyən edilmişdir.

Bakı şəhər BPİ və Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 7-də rayon ərazisindəki evlərin birindən 5000 manat və 700 ABŞ dolları, habelə məişət əşyaları oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri V.İsmayılov və M.Babayev saxlanılmışlar.

Martın 12-də saat 01 radələrində Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində Bakı şəhər sakinləri E.Məmmədovun idarə etdiyi “VAZ-2106” və A.Yaqubovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşmuşdur.
Nəticədə E.Məmmədovun xəstəxanaya yerləşdirilmiş sərnişini, paytaxt sakini Süsənbər Abbasova orada ölmüşdür.
Sabunçu RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.