KRİMİNAL XRONİKA

Əsas səhifə

Martın 14-də saat 2 radələrində Səbail rayonunun Bayıl qəsəbəsi ərazisindən qəsəbə sakini...

17.03.2020

Martın 14-də saat 2 radələrində Səbail rayonunun Bayıl qəsəbəsi ərazisindən qəsəbə sakini Viktor Bujdelyevin bıçaq xəsarəti ilə xəstəxanaya gətirilməsi barədə 8-ci Polis Bölməsinə məlumat daxil olmuşdur. Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Həkimlərin səyinə baxmayaraq V.Bujdelyev martın 17-də orada ölmüşdür. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini F.Əliyev saxlanılmışdır.
Səbail RPİ tərəfindən araşdırma aparılır.

Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə martın 17-də rayon ərazisindəki MTK-ların birinin gözətçi otağına gəlmiş bir nəfərin gözətçi, Abşeron rayon sakini T.Fərəcovu bıçaqla hədələyərək 100 manatını alması barədə məlumat daxil olmuşdur. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini K.Axundov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılmışdır.
Araşdırma aparılır.

Nərimanov RPİ 17 və 18-ci PŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən oğurluq etməkdə şübhəli bilinən A.Həsənov saxlanılmışdır. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun daha bir mağazadan 2900 manat oğurlaması da müəyyən edilmişdir.
Davam etdirilən tədbirlərlə onun R.Dadaşzadə ilə birgə bir gözəllik salonundan 2000 manat, 1700 ABŞ dolları, 500 avro pul və 350 manat dəyərində qızıl üzük oğurlamaları da müəyyən edilmişdir.

Suraxanı RPİ 30-cu PŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş E.Tixtov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin və metamfetamin, Hövsan qəsəbəsindəki evindən isə 450 qram marixuana aşkar edilərək götürülmüşdür.

Suraxanı RPİ 31-ci PB və Baş Mühafizə İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 14-də rayon ərazisindəki evlərin birindən 7500 manat, 10.200 ABŞ dolları və 7500 manat dəyərində qızıl-zinət əşyaları, habelə evin həyətindəki “Şkoda” markalı avtomobili oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri H.Ağammədov, G.Hüseynov və İ.Məmmədov saxlanılmışlar.