KRİMİNAL XRONİKA

Əsas səhifə

Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə müraciət edən ...

27.03.2020

Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini N.Nəcəfzadə martın 27-si saat 2 radələrində işlədiyi köşkə gəlmiş şəxslərin ona zor tətbiq edib tütün məmulatı aldığını bildirmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinənlər - Bakı şəhər sakinləri B.Nağızadə, C.Rəhimli, E.Qəhrəmanlı və M.Əliyev müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmışlar. Ətraflarında aparılmış tədbirlərlə onların həmin gün eyni saatda daha bir köşkdən tütün məmulatı oğurlamaları da müəyyən edilmişdir. Araşdırma aparılır.
 
Martın 26-da Qaradağ rayonunun Qobustan qəsəbəsində yaşayan Laləzər Kərimlinin evində qətlə yetirilməsi barədə Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinə məlumat daxil olmuşdur. Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. İstintaq-əməliyyat tədbirləri ilə L.Kərimlinin qaynı, əvvəllər məhkum olunmuş S.Kərimov tərəfindən münaqişə zəminində bıçaqla qətlə yetirilməsi müəyyən edilmişdir.
Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə qəsdən adam öldürməkdə şübhəli bilinən S.Kərimov saxlanılmışdır.

Metropolitendə PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 27-də metronun 28 May stansiyasında qatarda Bakı şəhər sakini R.Abdullayevanın çantasından 600 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini S.Əliyev saxlanılmışdır.

Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 2 mağazadan pul, 40 manat dəyərində danışıq kartları və 5000 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini C.Həsənov saxlanılmışdır.

Oğurluq etdiyinə görə tutulmuş M.Məmmədovun ətrafında Binəqədi RPİ 40-cı PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki 5 həyətyanı sahədən elektrik naqilləri oğurlaması da müəyyən edilmişdir.

Nərimanov RPİ 17-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 23-də rayon ərazisindəki mağazaların birindən 104 manat pul, 1000 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş B.Abdullayev saxlanılmışdır.
Ətraflarında aparılmış tədbirlərlə onun bir metal qəbulu məntəqəsindən 2945 manat dəyərində metal qırıntıları oğurlaması da müəyyən edilmişdir.

Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 13-də rayon ərazisindəki hotellərin birindən 2000 manat dəyərində 2 ədəd samovar oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini A.Qasımlı və Bakı şəhər sakini E.Nuruyev saxlanılmışlar.

Bakı ŞBPİ Cinayət Axtarışı İdarəsi və Nəsimi RPİ 21-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində bir avtomobildən qızıl-zinət əşyaları və gödəkcə, digər avtomobildən isə içərisində sürücülük vəsiqəsi olan pulqabı, habelə mobil telefon və 2 ədəd “Wi-Fi” aparatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Həsənov saxlanılmışdır.