KRİMİNAL XRONİKA
Əsas səhifəSuraxanı RPİ 33-cü PB əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində...
31.03.2020
Suraxanı RPİ 33-cü PB əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini S.Məmmədov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 2 kiloqramdan artıq marixuana aşkar edilərək götürülmüşdür.
Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mərdəkan qəsəbəsi ərazisindəki bağ evlərinin birindən 49.000 manat oğurlamaqda şübhəli bilinən, orada gözətçi işləyən Astara rayon sakini, əvvəllər məhkum olunmuş R.Rəhmanov saxlanılmışdır.