KRİMİNAL XRONİKA

Əsas səhifə

Əlahiddə Çevik Polis Alayı və Nizami RPİ 24-cü PŞ əməkdaşlarının birgə keçirdikləri...

07.04.2020

Əlahiddə Çevik Polis Alayı və Nizami RPİ 24-cü PŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə axtarışda olanlar - F.Tomarov və Q.Həsənov saxlanılmışlar. Şəxsi axtarış zamanı Q.Həsənovdan 116 qrama yaxın heroin, 22 qramdan artıq metamfetamin, 3 qrama yaxın tiryək, 52 qram marixuana və metadon aşkar edilərək götürülmüşdür.

Soyğunçuluq etdiyinə görə tutulmuş V.Hüseynovun ətrafında Binəqədi RPİ 4-cü PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun fevralın 14-də rayon ərazisindəki apteklərin birindən 862 manat oğurlaması da müəyyən edilmişdir.

Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 6-da rayon ərazisində “BMW” markalı avtomobildən 7300 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri A.Mehrəliyev və K.Qurbanov saxlanılmışlar.

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 3-dən aprelin 1-dək olan müddətdə Əmircan qəsəbəsindəki evlərin birindən 6000 manat dəyərində qızıl-zinət  əşyaları oğurlamaqda şübhəli bilinən həmin evdə xadimə işləyən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Əliyeva saxlanılmışdır.

Xətai RPİ 34-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 1-dən 7-dək olan müddətdə rayon ərazisindəki evlərin birindən 1500 manat dəyərində televizor oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini Z.Məmmədov saxlanılmışdır. Ətrafında aparılmış tədbirlərlə onun daha bir evdən 3000 manat dəyərində televizor, “Wi-Fi” aparatı və tikiş maşını oğurlaması da müəyyən edilmişdir.