KRİMİNAL XRONİKA

Əsas səhifə

Aprelin 6-da saat 20 radələrində Xətai rayonunun Zığ Yolu küçəsində müəyyən edilməmiş...

06.04.2020

Aprelin 6-da saat 20 radələrində Xətai rayonunun Zığ Yolu küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini G.Eminova vurulmuşdur. Piyada xəstəxanaya yerləşdirilmişdir. Xətai RPİ 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmış “İsuzu” markalı xətt avtobusunun sürücüsü, paytaxt sakini E.Məstiyev saxlanılmışdır.
Xətai RPİ tərəfindən araşdırma aparılır.

Oğurluq etdiyinə görə tutulmuş R.İsmayılovun ətrafında Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun paytaxt sakini S.Qaflanovanın çantasından içərisində 292 manat və sənəd olan pulqabısını, R.Sadıqovanın cibindən isə pulqabısını oğurlaması da müəyyən edilmişdir.

Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini S.Əsgərzadənin içərisində 965 manat, şəxsiyyət vəsiqəsi və bankomat kartları olan pulqabısını cibindən oğurlamaqda şübhəli bilinən Qobustan rayon sakini R.Şikarov saxlanılmışdır.