KRİMİNAL XRONİKA

Əsas səhifə

Binəqədi RPİ 4-cü PŞ əməkdaşlarının ...

09.04.2020

Binəqədi RPİ 4-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 5-də T.Mikayılovun “Mercedes” markalı avtomobilini qaçırmaqda, “Renault” və “Mercedes” markalı 2 avtomobilin dövlət qeydiyyat nişanlarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Həsənov saxlanılmışdır.

Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 29-da rayon ərazisindəki evlərin birindən 5000 manat dəyərində 3000 metr elektrik naqilini oğurlamaqda şübhəli bilinən İmişli rayon sakini S.Şirxanov saxlanılmışdır.