KRİMİNAL XRONİKA

Əsas səhifə

Əlahiddə Çevik Polis Alayı və Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının daxil olmuş...

10.04.2020

Əlahiddə Çevik Polis Alayı və Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ə.Mahmudovun idarə etdiyi “Opel” markalı avtomobil nəzarət qaydasında saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 1 ədəd beşbarmaq və 1 ədəd bıçaq, sərnişini S.Mayılovdan isə narkotik vasitə olan politetilen aşkar edilərək götürülmüşdür.

Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi və Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki orta məktəblərin birinin sinif otağından 748 manat dəyərində proyektor oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini F.İdrisov saxlanılmışdır. Ətrafında aparılmış tədbirlərlə onun digər bir orta məktəbdən 1 ədəd proyektor və 2 ədəd noutbuk oğurlaması da müəyyən edilmişdir.

Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində C.Şamiyevə və B.Əsədova qarşı dələduzluq etməkdə şübhəli bilinən T.İsmayılov saxlanılmışdır. Ətrafında aparılmış tədbirlərlə onun rayon ərazisində “Great Wall” markalı bir avtomobildən 829 manat pul və mobil telefon oğurlaması, həmçinin  Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması da müəyyən edilmişdir.