KRİMİNAL XRONİKA

Əsas səhifə

Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

11.04.2020

Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 7-dən 11-dək olan müddətdə rayon ərazisindəki qarajların birindən 6000 manat dəyərində mobil telefon, 6 ədəd fotoaparat, məişət və geyim əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini İ.Həsənov saxlanılmışdır.

Yasamal RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 9-da rayon ərazisində 2 avtomobildən planşet və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini F.Süleymanov saxlanılmışdır.