KRİMİNAL XRONİKA

Əsas səhifə

Nizami RPİ-nin 23-cü Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini M.İsmayılov...

19.04.2020

Nizami RPİ-nin 23-cü Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini M.İsmayılov aprelin 19-da rayon ərazisindən “Mercedes” markalı avtomobilinin qaçırıldığını bildirmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Ucar rayon sakini, əvvəllər məhkum olunmuş R.Mikayılov Xətai rayonu ərazisində avtomobillə birgə polis əməkdaşları tərəfindən saxlanılmışdır.
Araşdırma aparılır.

Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə  müraciət edən Bakı şəhər sakini M.Məmmədov aprelin 18-də rayon ərazisindəki avtoyuma məntəqələrinin birindən “BMW” markalı avtomobilinin qaçırıldığını bildirmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakini R.Əhmədov aprelin 19-da A.Cəlilov küçəsində avtomobillə birgə polis əməkdaşları tərəfindən saxlanılmışdır.
Araşdırma aparılır.

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 19-da H.Bəşirova məxsus “VAZ-2107” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakinləri N.Tağıyev, O.Salmanov və əvvəllər məhkum olunmuş E.Rzayev saxlanılmışlar.

Xətai RPİ 37-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 18-də əcnəbi vətəndaşın mobil telefonunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş V.Tağıyev saxlanılmışdır.