KRİMİNAL XRONİKA

Əsas səhifə

Aprelin 15-də saat 17 radələrində Binəqədi rayonunun C.Xəndan küçəsində...

15.04.2020

Aprelin 15-də saat 17 radələrində Binəqədi rayonunun C.Xəndan küçəsində Göyçay rayon sakini S.Salmanov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Müşərrəf Verdiyevanı vurmuşdur. M.Verdiyeva xəstəxanaya aparılarkən yolda ölmüşdür. Binəqədi RPİ tərəfindən araşdırma aparılır. 

Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cari il mart ayının 15-dən aprelin 15-dək olan müddətdə rayon ərazisindəki evlərin birindən 30.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən həmin evdə xadimə işləyən Bakı şəhər sakini C.Əliyeva saxlanılmışdır. 

Nərimanov RPİ 18-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 15-də rayon ərazisindəki evlərin birindən 100 manat,  800 ABŞ dolları və sənəd olan pulqabı oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini E.Paşayev saxlanılmışdır.

Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində R.Yunusovun 120 manatını quldurluq yolu ilə almaqda şübhəli bilinən Cəlilabad rayon sakini Q.Rzayev saxlanılmışdır.

Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən pul, mobil telefon və gümüş əşyalar, bir klinikadan isə içərisi boş olan seyfi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Mirzəyev saxlanılmışdır.
Ətrafında aparılmış tədbirlərlə onun digər bir nəfərlə birgə rayon ərazisindəki kofe klubundan 8000 manat dəyərində kofe və avadanlıq oğurlaması da müəyyən edilmişdir.