KRİMİNAL XRONİKA

Əsas səhifə

Aprelin 17-də saat 03.46-da Yasamal rayonu ərazisindəki apteklərin birindən...

17.04.2020

Aprelin 17-də saat 03.46-da Yasamal rayonu ərazisindəki apteklərin birindən Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olmuşdur.
Dərhal polis əməkdaşları həmin ünvana gəlmiş, oradan oğurluğa cəhd göstərən Xızı rayon sakini G.Məmmədov saxlanılaraq 27-ci Polis Bölməsinə təhvil verilmişdir.

Soyğunçuluq etdiyinə görə tutulmuş R.Fərəczadənin  ətrafında Binəqədi RPİ 5-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Bakı şəhər sakini N.Yusiflini bıçaqla hədələyib quldurluq yolu ilə mobil telefonunu alması da müəyyən edilmişdir. 

Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 1800 manat dəyərində məişət və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ş.Abbasov saxlanılmışdır. 

Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat–axtarış tədbirləri nəticəsində rayon ərazisində “Mitsubishi” markalı bir avtomobildən 900 manat pul oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş A.Camalov saxlanılmışdır.