KRİMİNAL XRONİKA

Əsas səhifə

Aprelin 19-da saat 22 radələrində “COVİD-19” xüsusi karantin rejimi ilə əlaqədar...

20.04.2020

Aprelin 19-da saat 22 radələrində “COVİD-19” xüsusi karantin rejimi ilə əlaqədar Nəsimi rayonunun Bakıxanov küçəsində quraşdırılmış postda Bakı şəhər sakini B.Abbasov idarə etdiyi “London Taxi” markalı avtomobillə orada xidmət aparan Nəsimi RPİ-nin əməkdaşı X.Allahverdiyevi və DİN Daxili Qoşunlarında xidmət edən R.Bəxtiyarlını vurmuşdur. Onlar DİN-in Hospitalına yerləşdirilmişlər.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində B.Abbasov saxlanılmışdır.

Aprelin 20-də saat 16 radələrində Qaradağ rayonunun Qızıldaş qəsəbəsi ərazisində Bakı şəhər sakini S.Rüstəmov idarə etdiyi “Mitsubishi” markalı yük avtomobili ilə dönmə əməliyyatı aparan zaman yük yerində olan dəmir künclük yolun kənarında dayanmış paytaxt sakini İlkin Xankişiyevin baş nahiyəsinə dəymiş və o, hadisə yerində ölmüşdür. Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 4000 manat dəyərində 11 ədəd radiator, 14 ədəd su diyircəyi (kran) və çilçıraq oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini İ.Əliyev saxlanılmışdır.

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində R.Axundovun avtomobilindən 75 manat pulu soyğunçuluq yolu ilə aparmaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar V.Əliyev və S.Mahmudov saxlanılmışlar.