KRİMİNAL XRONİKA

Əsas səhifə

Aprelin 22-də DİN-in “102” Zəng Mərkəzinə müraciət edən Kürdəmir rayon sakini...

22.04.2020

Aprelin 22-də DİN-in “102” Zəng Mərkəzinə müraciət edən Kürdəmir rayon sakini S.Süleymanova Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində bir nəfərin onu bıçaqla hədələyib 50 manat pulunu aldığını bildirmişdir. Müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər həyata keçirilmişdir. Quldurluğu törətməkdə şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş A.Quliyev Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən hadisə yerinin yaxınlığında saxlanılmışdır. Binəqədi RPİ-də araşdırma aparılır.