KRİMİNAL XRONİKA

Əsas səhifə

Aprelin 23-də saat 1 radələrində Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki mağazalardan biri...

23.04.2020

Aprelin 23-də saat 1 radələrində Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki mağazalardan biri qəsdən yandırılaraq sahibinə 7500 manat dəyərində maddi ziyan vurulmuşdur. 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əmlakı qəsdən məhv etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri R.Ağayev və S.Qəmbərov saxlanılmışlar. Xəzər RPİ tərəfindən araşdırma aparılır. 

Aprelin 23-də saat 19 radələrində Binəqədi rayonunun Binəqədi qəsəbəsi ərazisində Bakı şəhər sakinləri A.Məmmədovun idarə etdiyi “Daewoo” markalı avtobusla Novruz Həsənovun idarə etdiyi “Mercedes” markalı avtomobil toqquşmuşdur. Nəticədə N.Həsənov aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

Aprelin 23-də saat 8 radələrində Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində Bakı şəhər sakini A.Bayramov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən paytaxt sakini  Elburus Əfəndiyevi vurmuşdur. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 3 avtomobildən mobil telefon, maqnitofon və səsgücləndiricilər oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri V.Cəlilov, Q.Hacıyev və C.Quliyev saxlanılmışlar.

Suraxanı RPİ 30-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 22-də paytaxt sakini T.Süleymanovun 74 manatını və mobil telefonunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinənlər - Bakı şəhər sakinləri T.İmanov və E.Qasımov saxlanılmışlar.