KRİMİNAL XRONİKA

Əsas səhifə

Binəqədi RPİ 4-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində...

24.04.2020

Binəqədi RPİ 4-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində E.Səmədlinin 450 manat dəyərində velosipedini oğurlamaqda şübhəli bilinən Salyan rayon sakini E.Məmmədov saxlanılmışdır.

Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 450 manat pul və 3000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri M.Mehdiyev və əvvəllər məhkum olunmuş İ.Həbibov saxlanılmışlar.

Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki çay evlərinin birindən 950 manat dəyərində modem, səsgücləndirici, elektrik sobası, spirtli içki, bir kafedən 1500 manat dəyərində 3 ədəd televizor oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - O.Xəlilov və İ.Quliyev saxlanılmışlar. Ətraflarında aparılmış tədbirlərlə onların digər bir kafedən 700 manat dəyərində su qızdırıcısı və təmir-tikinti alətləri oğurlamaları da müəyyən edilmişdir.

Xətai RPİ 36-cı PB-nin əməkdaşları tərəfindən rayon ərazisindəki mağazaların birindən 80 manat dəyərində tütün məmulatı, bir çay evindən 500 manat dəyərində 3 ədəd televizor oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Axundov saxlanılmışdır.