KRİMİNAL XRONİKA

Əsas səhifə

Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini...

25.04.2020

Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini F.Cəfərov aprelin 23-də rayon ərazisindəki parkların birində bir nəfərin onu bıçaqla hədələyib 53 manatını və mobil telefonunu aldığını bildirmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Qazax rayon sakini S.Vəlizadə müəyyən edilərək saxlanılmışdır.
Araşdırma aparılır.

Binəqədi RPİ 4-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 3 həyətyanı sahədən 3 ədəd velosiped oğurlamaqda şübhəli bilinən Salyan rayon sakini E.Məmmədov saxlanılmışdır.

Aprelin 26-da saat 3 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində qəsəbə sakini Ə.Fərəcov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən 30-35 yaşlı kişini vurmuşdur. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

Qaradağ RPİ 11-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 23-də rayon ərazisindəki evlərin birindən 3000 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinənlər - Bakı şəhər sakinləri F.Abbasov, Z.Əhmədov və T.Qarayev saxlanılmışlar.

Nərimanov RPİ 18-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 24-də A.Fərziyevin “Hyundai” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən Zərdab rayon sakini A.Məmmədov aprelin 24-də rayon ərazisində avtomobillə birgə saxlanılmışdır.
Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilərək götürülmüşdür.