KRİMİNAL XRONİKA

Əsas səhifə

Aprelin 20-də və 25-də Səbail rayonu ərazisindən xüsusi karantin rejimi vaxtı...

28.04.2020

Aprelin 20-də və 25-də Səbail rayonu ərazisindən xüsusi karantin rejimi vaxtı hazır yeməklərin online sifarişlərini müştərilərə çatdıran daşıma xidmətinin işçilərinə məxsus “Twister” və “Jonway” markalı mopedlərin oğurlanması barədə 9-cu Polis Bölməsinə müraciətlər daxil olmuşdur. Polis əməkdaşları tərəfindən hər iki faktla bağlı müvafiq araşdırmalar aparılmışdır. Səbail RPİ və 9-cu Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “Twister” markalı mopedi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Q.Eyvazov, “Jonway” markalı mopedi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Əsgərov və Lənkəran rayon sakini D.Əsgərzadə qısa müddətdə müəyyən edilərək saxlanılmışlar. Polis əməkdaşları tərəfindən maddi sübutlar aşkar edilərək götürülmüşdür. Hər iki faktla bağlı Səbail Rayon Polis İdarəsində cinayət işi başlanılmış, istintaq aparılır. 

Bakı ŞBPİ Cinayət Axtarışı İdarəsi və Xəzər RPİ 3-cü PB əməkdaşlarının əldə edilmiş məlumat əsasında birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binə qəsəbə sakini B.Əsgərovun idarə etdiyi “BMW” markalı avtomobilə baxış zamanı 1 ədəd beşbarmaq, 1 ədəd elektroşok və 2 ədəd bıçaq aşkar edilərək götürülmüşdür.

Binəqədi RPİ 4-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 16-da paytaxt sakini R.Nuriyevin 50 manat pulunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Həziyev saxlanılmışdır.

Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 26-da paytaxt sakini G.Musayevanın içərisində 80 manat və mobil telefon olan çantasını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən R.Şükürov saxlanılmışdır.

Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 1-də paytaxt sakini İ.Xankişiyevi bıçaqla hədələyib 35 manatını quldurluq yolu ilə almaqda şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş M.Mirzəyev saxlanılmışdır.

Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 9-da paytaxt sakini R.Əkbərovanın içərisində 516 manat olan pulqabısını oğurlamaqda şübhəli bilinən Qubadlı rayon sakini, əvvəllər məhkum olunmuş T.Talıbzadə saxlanılmışdır.