KRİMİNAL XRONİKA

Əsas səhifə

Mayın 1-də saat 18 radələrində Xəzər rayonunun ...

01.05.2020

Mayın 1-də saat 18 radələrində Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Quliyev idarə etdiyi “İkarus” markalı avtobusla Yardımlı rayon sakini Səbirə Bağışovanı vurmuş və nəticədə qadın hadisə yerində ölmüşdür.
Xəzər RPİ tərəfindən araşdırma aparılır.
 
Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Əliyevə məxsus “VAZ-2101” markalı avtomobilin dövlət qeydiyyat nişanlarını oğurlamaqda şübhəli  bilinən Bakı şəhər sakinləri R.Yusifov və R.Məmmədov saxlanılmışlar.

Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Məmmədova məxsus saxlanc yerindən 7000 manat dəyərində geyim əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Ü.Səfərli və Q.Eyvazov saxlanılmışlar. Ətraflarında aparılmış tədbirlərlə onların rayon ərazisində S.Əlizadənin velosipedini oğurlamaları da müəyyən edilmişdir.

Nizami RPİ 24-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki avtoyuma məntəqələrinin birindən 300 manat pul və 605 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ə.Abbasov saxlanılmış, digər bir nəfərin isə şəxsiyyəti müəyyən edilmişdir.