KRİMİNAL XRONİKA

Əsas səhifə

Mayın 11-də saat 14 radələrində metronun “N.Nərimanov” stansiyasında...

11.05.2020

Mayın 11-də saat 14 radələrində metronun “N.Nərimanov” stansiyasında Cəlilabad rayon sakini N.Məmmədova anası ilə mübahisə etdiyindən özünü qatarın altına atmağa cəhd göstərmişdir.
Metropolitendə Polis Şöbəsi əməkdaşlarının çevikliyi sayəsində cəhdin qarşısı alınmışdır. 

Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 9-da rayon ərazisində “Opel” markalı avtomobildən 200 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş A.Novruzov saxlanılmışdır.

Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 5-də rayon ərazisindəki uşaq bağçalarının birindən kompüter və müşahidə kamerasının yaddaş qurğusunu oğurlamaqda şübhəli bilinən Ağdaş rayon sakini, əvvəllər məhkum olunmuş H.Seyidov saxlanılmışdır.
Ətrafında aparılmış tədbirlərlə onun 1 tədris mərkəzindən 1500 manat dəyərində televizor, 2 kafedən 3080 manat dəyərində 3 ədəd oyun aparatı və müşahidə kamerası, 2  çay evindən isə 400 manat dəyərində televizor və monitor oğurlaması da müəyyən edilmişdir.