KRİMİNAL XRONİKA

Əsas səhifə

Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

12.05.2020

Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 11-də Bakı şəhər sakini Ş.Cəfərovun bank hesabından 4500 manat çıxararaq oğurlamaqda şübhəli bilinən paytaxt sakini Ü.Rüstəmli saxlanılmışdır.

Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 11-də Bakı şəhər sakini O.Quliyevin içərisində 260 manat, 2200 rubl pul, sənəd, açar və mobil telefon olan çantasını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini E.Dostəliyev saxlanılmışdır.