KRİMİNAL XRONİKA

Əsas səhifə

Mayın 16-da saat 3 radələrində Abşeron rayonunun Gənclər şəhərciyi ərazisində...

16.05.2020

Mayın 16-da saat 3 radələrində Abşeron rayonunun Gənclər şəhərciyi ərazisində rayon sakini X.Quliyevin idarə etdiyi “Daewoo” markalı avtomobilə sərnişin qismində oturmuş şəxsin M.Ə.Rəsulzadə qəsəbəsinə gedəcəyini bildirməsi, həmin ünvanda isə sürücünü bıçaqla hədələyərək 20 manatını alması barədə Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə məlumat daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini S.Ağayev müəyyən edilərək saxlanılmışdır.
Araşdırma aparılır.

Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini R.Həmidov mayın 16-da Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində bir nəfərin  onun idarə etdiyi “İsuzu” markalı xətt avtobusundan 60 manat pulunu açıq talama yolu ilə apardığını bildirmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş B.Əsədov saxlanılmışdır.
Araşdırma aparılır.

Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 15-də rayon ərazisində “Mercedes” markalı avtomobildən 36.000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Qubadlı rayon sakini, əvvəllər məhkum olunmuş A.Hacıyev saxlanılmışdır.