KRİMİNAL XRONİKA

Əsas səhifə

Binəqədi RPİ 4-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

17.05.2020

Binəqədi RPİ 4-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 16-da Bərdə rayon sakini E.Əliyevin “Lada Priora” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Behbudov avtomobillə birlikdə Biləcəri qəsəbəsi ərazisində saxlanılmışdır.

Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 16-da Bakı şəhər sakini M.Tarverdiyevin mobil telefonunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini B.Sodiyev saxlanılmışdır.

Sabunçu RPİ 15-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mənzillərin birindən noutbuk və 1300 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Xəlilov saxlanılmışdır.

Sabunçu RPİ 12-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 2 evdən ümumilikdə 2230 manat, 2000 ABŞ dolları və 5300 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən İsmayıllı rayon sakini E.İsayev saxlanılmışdır.

Xətai RPİ 37-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 16-da Bakı şəhər sakini X.Hüseynzadənin mobil telefonunu quldurluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakinləri İ.Quliyev və H.Abdullayev saxlanılmışlar.