KRİMİNAL XRONİKA

Əsas səhifə

Mayın 18-də saat 2 radələrində Yasamal rayonunun M.Həsənov küçəsində Bakı şəhər sakini...

18.05.2020

Mayın 18-də saat 2 radələrində Yasamal rayonunun M.Həsənov küçəsində Bakı şəhər sakini Aygün Qəniyeva idarə etdiyi “Jeep” markalı avtomobillə yolu keçən 65-70 yaşlı kişini vurmuşdur. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Yasamal RPİ tərəfindən araşdırma aparılır.

Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə müraciət edən paytaxt sakini Ə.Əliyev mayın 17-də Binəqədi qəsəbəsi ərazisindən “Ravon” markalı avtomobilinin qaçırıldığını bildirmişdir.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Cəfərov Bilgəh qəsəbəsi ərazisində avtomobillə birgə saxlanılmışdır.

Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 28-də Ü.Kazımovun 160 manatını və mobil telefonunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən T.Məmmədov saxlanılmışdır.

Sabunçu RPİ 12-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 16-da rayon ərazisindəki evlərin birindən 1000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən İsmayıllı rayon sakini E.İsayev saxlanılmışdır.

Sabunçu RPİ 12-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 6-da rayon ərazisindəki evlərin birindən televizor, tozsoran və 3 ədəd qol saatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar – S.Qəzənfərov və H.Qurbanov saxlanılmışlar.