KRİMİNAL XRONİKA

Əsas səhifə

Oğurluq etdiyinə görə tutulmuş T.Atakişiyevin ətrafında Binəqədi RPİ 6-cı PB-nin əməkdaşları...

21.05.2020

Oğurluq etdiyinə görə tutulmuş T.Atakişiyevin ətrafında Binəqədi RPİ 6-cı PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisində 1 avtomobildən 150 manat pul, maqnitofon və səsgücləndirici oğurlaması da müəyyən edilmişdir.

Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 20-də Bakı şəhər sakini R.İsgəndərovun 650 manatını və mobil telefonunu quldurluq yolu ilə almaqda şübhəli bilinən Beyləqan rayon sakini C.Nağıyev, Zəngilan rayon sakini Ş.İsazadə, Şirvan şəhər sakini R.Mirzəyev və Füzuli rayon sakini R.Həsənov saxlanılmışlar.
R.Mirzəyevin ətrafında aparılmış tədbirlərlə onun “Hyundai” markalı avtomobilindən qundağı kəsilmiş tüfəng, 2 ədəd patron, 1 ədəd kustar üsulla hazırlanmış bıçaq və 1 ədəd balta aşkar edilərək götürülmüşdür.