KRİMİNAL XRONİKA

Əsas səhifə

Binəqədi RPİ 7-ci PB əməkdaşlarının daxil olmuş ...

24.05.2020

Binəqədi RPİ 7-ci PB əməkdaşlarının daxil olmuş müraciət əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin fevral ayından may ayının 21-dək olan müddətdə Xırdalan şəhər sakini H.Babayevə hədə-qorxu gələrək 2300 manatını almaqda və 270 manat tələb etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri M.Seydiyev və qardaşı H.Seydiyev saxlanılmışlar. M.Seydiyevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun mayın 17-də rayon ərazisindəki marketlərin birindən 287 manat dəyərində qolbaq oğurlaması da müəyyən edilmişdir.
Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

Yasamal RPİ 29-cu PŞ əməkdaşlarının daxil olmuş müraciət əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 24-də A.M.Şərifzadə küçəsində Bakı şəhər sakini R.Nəsirovun cibindən 103 manat pulunu və mobil telefonunu soyğunçuluq yolu ilə götürməkdə şübhəli bilinən paytaxt sakini V.Mirzəyev saxlanılmışdır.

Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə mayın 24-də saat 15 radələrində Kürdəxanı qəsəbəsi ərazisindən qəsəbə sakini K.Həşimova məxsus “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə müraciət daxil olmuşdur. Dərhal başlanılan əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün polis əməkdaşları tərəfindən Nərimanov rayonu ərazisində tapılmışdır. Davam etdirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini N.Əhmədov saxlanılmışdır.  
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.