KRİMİNAL XRONİKA

Əsas səhifə

Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində...

26.05.2020

Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 23-də Bakı şəhər sakini S.Səfərova məxsus “VAZ-2107” markalı avtomobili qaçırmaqda şübhəli bilinən paytaxt sakini A.Nəsirov saxlanılmışdır.

Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 21-də Bakı şəhər sakini olan bir qadına məxsus “KİA” markalı avtomobildən 200 manat pul və 200 manat dəyərində eynək oğurlamaqda şübhəli bilinən paytaxt sakini A.Xələfov saxlanılmışdır.

Suraxanı RPİ 32-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 24-də  Bakı şəhər sakini olan bir nəfərin 170 manat pulunu, mobil telefonunu və qızıl boyunbağısını quldurluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakinləri R.Hacıyev, G.Bayramov və A.Səfərov saxlanılmışlar.