KRİMİNAL XRONİKA

Əsas səhifə

Nərimanov RPİ-yə müraciət edən Bakı şəhər sakini N.Qubadov 2019-cu ilin dekabr ayından...

28.05.2020

Nərimanov RPİ-yə müraciət edən Bakı şəhər sakini N.Qubadov 2019-cu ilin dekabr ayından cari ilin aprel ayınadək olan müddətdə bir nəfərin ona hədə-qorxu gələrək 7300 manat pulunu aldığını bildirmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən paytaxt sakini N.Qarayev müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmışdır.
Araşdırma aparılır.

Mayın 28-də saat 11 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində Bakı şəhər sakini T.Məmmədov idarə etdiyi “Jeep” markalı avtomobillə yolu keçən paytaxt sakini Azad Əliyevi vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür. Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Mayın 28-də saat 12 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini E.Bağırov idarə etdiyi “Daewoo” markalı xətt avtobusu ilə yolu keçən paytaxt sakini Fikrət Qurbanovu vurmuşdur. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Xətai RPİ tərəfindən araşdırma aparılır.

Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 19-da rayon ərazisindəki mağazaların birindən 1000 manat dəyərində 5 ədəd pul qabı, 16 ədəd alışqan, 50 ədəd qol saatı və 1 ədəd noutbuk oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Nəcəfov saxlanılmışdır.

Nərimanov RPİ 17-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 21-də rayon ərazisindəki mağazaların birindən 902 manat pul və alışqan oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini olan bir yeniyetmə saxlanılmışdır.