KRİMİNAL XRONİKA

Əsas səhifə

Qaradağ RPİ 38-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində...

29.05.2020

Qaradağ RPİ 38-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 600 manat dəyərində əzaq məhsulları və tütün məmulatı oğurlamaqda şübhəli bilinən Z.Atapur saxlanılmışdır.

Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini V.Aslanovun “Audi” markalı avtomobilindən noutbuk oğurlamaqda şübhəli bilinən Saatlı rayon sakini C.Həmidov və paytaxt sakinləri, əvvəllər məhkum olmuşlar S.Bayramov və A.Zamanov saxlanılmışlar.

Yasamal RPİ 28-ci PB  əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini S.Novruzovun “Toyota” markalı avtomobilindən 100 manat pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakini S.Gözəlov saxlanılmışdır.