KRİMİNAL XRONİKA

Əsas səhifə

Sabunçu RPİ 12-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

31.05.2020

Sabunçu RPİ 12-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 31-də Sabunçu qəsəbəsi ərazisində “Niva” markalı avtomobildən 600 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.İsmayılov saxlanılmışdır.

Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 29-da rayon ərazisində “Renault” markalı avtomobildən 560 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Abdullayev saxlanılmışdır.

Binəqədi RPİ 4-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 30-da rayon ərazisindəki mağazaların birindən 800 manat və 150 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Xaçmaz rayon sakini N.Məmmədov saxlanılmışdır.

Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş R.Bikkulovun evinin zirzəmisindən 10 qramdan artıq çətənə toxumu, 250 qram qurudulmuş çətənə və kultivasiya yolu ilə yetişdirdiyi 27 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.