KRİMİNAL XRONİKA

Əsas səhifə

Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

01.06.2020

Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 31-də Bakı şəhər sakini S.Babayevanın içərisində 540 manat pul, təqaüd kartı və sənədlər olan çantasını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini B.Hacıyev və Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş R.İsmayılov saxlanılmışlar.

Səbail RPİ 8-ci PB əməkdaşlarının əldə edilmiş məlumat əsasında Ş.Fərzəliyevin 20-ci sahədə yaşadığı evdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan 6 kiloqram 41 qram marixuana aşkar edilərək götürülmüşdür