KRİMİNAL XRONİKA

Əsas səhifə

Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

03.06.2020

Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 3 avtomobildən ümumilikdə 150 manat pul, qol saatı və geyim əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Həmidov saxlanılmışdır.

Nizami RPİ 25-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 29-da A.Piriyevin çantasından 50 manat pul və 630 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini U.Qurbanov saxlanılmışdır.

Sabunçu RPİ 15-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 2-də rayon ərazisindəki kafelərin birindən 4 ədəd soyuducu və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri R.Tağıyev və əvvəllər məhkum olunmuş T.Musayev saxlanılmışlar.

Oğurluq etdiyinə görə tutulmuş R.Muradovun ətrafında Binəqədi RPİ 43-cü PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki 3 evdən 500 manat, 2 ədəd velosiped və məişət əşyaları, habelə 1 yardımçı təsərrüfatdan 4 baş qoyun oğurlaması da müəyyən edilmişdir.

Xəzər RPİ əməkdaşlarının daxil olmuş məlumat əsasında Türkan qəsəbə sakini, əvvəllər məhkum olunmuş İ.Əliyevin yardımçı təsərrüfatında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan kultivasiya yolu ilə yetişdirilmiş 100 ədəd çətənə kolu və 5 kiloqramdan artıq marixuana aşkar edilərək götürülmüşdür.

Xəzər RPİ əməkdaşlarının daxil olmuş məlumat əsasında Türkan qəsəbə sakini, əvvəllər məhkum olunmuş İ.Əliyevin yardımçı təsərrüfatında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan kultivasiya yolu ilə yetişdirilmiş 100 ədəd çətənə kolu və 5 kiloqramdan artıq marixuana aşkar edilərək götürülmüşdür.

İyunun 1-də Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisindən Bakı şəhər sakini R.Şahverdizadəyə məxsus “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə 10-cu Polis Bölməsinə məlumat daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil iyunun 2-də Xırdalan şəhəri ərazisində aşkar edilmiş və nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş E.Məmmədov saxlanılmışdır.

İyunun 3-də saat 18 radələrində Nəsimi rayonu ərazisində xətt avtobuslarının birində Abşeron rayon sakini olan yeniyetmə qızın çantasından mobil telefonunu açıq talama yolu ilə götürən şəxs avtobusdan düşərək qaçmışdır. Bu zaman ərazidə xidmət aparan Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları həmin şəxsi təqib edərək saxlamışlar. Soyğunçuluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Abbasov maddi sübut – telefonla birgə 19-cu Polis Şöbəsinə təhvil verilmişdir.
Nəsimi RPİ tərəfindən araşdırma aparılır.