KRİMİNAL XRONİKA

Əsas səhifə

Nərimanov RPİ 18-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

04.06.2020

Nərimanov RPİ 18-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.X.Xoyski küçəsində yerləşən mağazada Bakı şəhər sakini Z.Qasımovun pulqabısından 800 manat oğurlamaqda şübhəli bilinən Zəngilan rayon sakini Ş.İsmayılov saxlanılmışdır.

Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 3 evin həyətindən ev quşu, su nasosu, məişət əşyaları və inşaat materialları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Xəlilov saxlanılmışdır.

Xəzər RPİ 3-cü PB əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binə qəsəbəsində yaşayan N.Əbdurəhmanovun evinin həyətindən nömrəsi silinmiş “TT” markalı tapança, patron darağı, 29 ədəd patron və silah təmizləyici aşkar edilərək götürülmüşdür.

Oğurluq etdiyinə görə tutulmuş T.Ələkbərovun ətrafında Xəzər RPİ 1-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun daha 5 evdən tikinti alətləri, elektrik naqili, dəmir barmaqlıq və məişət əşyaları oğurlaması da müəyyən edilmişdir.

İyunun 3-də saat 1 radələrində Səbail rayonu ərazisində bir nəfərin xuliqanlıq zəminində Bakı şəhər sakini H.Hüseynovu hədələyərək odlu silahdan havaya atəş açması barədə daxil olmuş məlumatla əlaqədar Bakı ŞBPİ Cinayət Axtarışı İdarəsi və Səbail RPİ 8-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən paytaxt sakini R.Salayev saxlanılmışdır. Ondan müvafiq sənədləri olan “Vinçester” markalı ov tüfəngi götürülmüşdür.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanmışdır.