KRİMİNAL XRONİKA

Əsas səhifə

Bakı ŞBPİ və Xəzər RPİ 3-cü PB əməkdaşlarının...

08.06.2020

Bakı ŞBPİ və Xəzər RPİ 3-cü PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 27-də Binə qəsəbəsi ərazisində qəsəbə sakini Z.Məmmədzadənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmış “QAZel” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini C.Məmmədov saxlanılmışdır.

Nərimanov RPİ 18-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il aprelin 24-dən iyunun 5-dək olan müddətdə rayon ərazisindəki evlərin birindən 12.750 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən həmin evdə dayə işləyən Bakı şəhər sakini R.Kərimova saxlanılmışdır.

Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 1 ofisdən noutbuk, 2 mağazadan 500 manat pul və 600 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini S.Pənahov saxlanılmışdır.

Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş İ.İsmayılovdan nömrəsi silinmiş “Makarov” markalı tapança, 6 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülmüşdür.
 
Suraxanı RPİ 30-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 7-də rayon ərazisindəki 2 evdən ümumilikdə 2 ədəd mobil telefon, 230 manat dəyərində oyun aparatı və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Şahbazov saxlanılmışdır.