KRİMİNAL XRONİKA

Əsas səhifə

İyunun 9-da saat 5 radələrində Xətai rayonunun ...

09.06.2020

İyunun 9-da saat 5 radələrində Xətai rayonunun Nobel prospektində Bakı şəhər sakini Tofiq Mütəllimov idarə etdiyi “BMW” markalı avtomobili aşırmışdır. Nəticədə xəsarət almış T.Mütəllimov və sərnişini Q.Mirişli xəstəxanaya yerləşdirilmiş, sürücü orada ölmüşdür. Xətai RPİ tərəfindən araşdırma aparılır.

Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 1 ofisdən, 3 mağazadan pul, mobil telefon, bijuteriya və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini S.Pənahov saxlanılmşdır.

Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 7000 manat pul oğurlamaqda şübhəli bilinən Qazax rayon sakini O.Ağayev saxlanılmışdır.


Xətai RPİ 35-ci PB əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini N.Abdullayev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan marixuana aşkar edilərək götürülmüşdür. Ətrafında aparılmış tədbirlərlə onun rayon ərazisindəki yarımtikililərin birində gizlətdiyi  6 kiloqram 733 qram marixuana da aşkar edilərək götürülmüşdür.