KRİMİNAL XRONİKA

Əsas səhifə

Səbail RPİ-nin 9-cu Polis Bölməsinə müraciət edən ...

10.06.2020

Səbail RPİ-nin 9-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini K.Behbudov  iyunun 10-da rayon ərazisindən “Opel” markalı avtomobilinin qaçırıldığını bildirmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün Yasamal rayonu ərazisində tapılmışdır. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakini E.Gərəkməzli polis əməkdaşları tərəfindən saxlanılmışdır.
Araşdırma aparılır.

Oğurluq etdiyinə görə tutulmuş O.Ağayevin ətrafında Xətai RPİ 35-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki 1 köşkdən tütün məmulatı, 1 evdən pul və 1430 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilmişdir. Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə müraciət edən əcnəbi vətəndaş iyunun 9-da rayon ərazisində 3 nəfərin onu döyərək cibindən 1000 manat pulunu götürməsini bildirmişdir. Dərhal başlanılmış əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri S.Qəmbərzadə, A.Məlikov və K.Qurbanov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmışlar.
Araşdırma aparılır.