KRİMİNAL XRONİKA

Əsas səhifə

Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi və Sabunçu RPİ 13-cü PB əməkdaşlarının ...

12.06.2020

Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi və Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 11-də K.Usmanovanın qızıl boyunbağısını və sırğasını soyğunçuluq yolu ilə aparmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Ramazanov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülmüşdür.

Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 11-də rayon ərazisindəki restoranlardan birinin kassasından 5365 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini İ.Ömərov saxlanılmışdır.