KRİMİNAL XRONİKA

Əsas səhifə

Baş Cinayət Axtarışı İdarəsi və Yasamal RPİ 26-cı PB əməkdaşlarının ...

13.06.2020

Baş Cinayət Axtarışı İdarəsi və Yasamal RPİ 26-cı PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki oyun zallarının birindən 2400 manat dəyərində 5 ədəd televizor, noutbuk və toster oğurlamaqda şübhəli bilinən    Bakı şəhər sakini O.Abdullayev saxlanılmışdır.
 
Suraxanı RPİ 30-cu PŞ və Beyləqan RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Suraxanı rayonu ərazisindəki evlərin birindən 1710 manat pul və 750 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Beyləqan rayon sakini, əvvəllər məhkum olunmuş R.Qabilov saxlanılmışdır.