KRİMİNAL XRONİKA

Əsas səhifə

Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi və Yasamal RPİ 26-cı PB əməkdaşlarının ...

14.06.2020

Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi və Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Yasamal rayonu ərazisindəki evlərin birindən 5500 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş O.Məmmədzadə saxlanılmışdır.

İyunun 13-də saat 21 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində Bakı şəhər sakini Ş.Muradov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən Şərur rayon sakini Əfsər Abdullayevi vurmuşdur. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada iyunun 14-də orada ölmüşdür.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Narkotik vasitə ilə tutulmuş E.Allahverdiyevin ətrafında Xəzər RPİ 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisində bir evdən kombi aparatı, 1 avtomobildən maqnitofon, S.Kərimovun velosipedini və Ə.Kazımovun mobil telefonunu oğurlaması da müəyyən edilmişdir.