KRİMİNAL XRONİKA

Əsas səhifə

Bakı ŞBPİ və Nizami RPİ 25-ci PŞ əməkdaşlarının ...

15.06.2020

Bakı ŞBPİ və Nizami RPİ 25-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 13-də G.Tanrıverdiyevanın içərisində pul və mobil telefon olan çantasını soyğunçuluq yolu ilə aparmaqda şübhəli bilinən İmişli rayon sakini, əvvəllər məhkum olunmuş X.Alışov saxlanılmışdır.

Binəqədi RPİ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini R.Surxayev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin və metamfetamin, Xətai rayonu Əhmədli qəsəbəsindəki evindən isə 2 kiloqram 770 qram heroin, 170 qram metamfetamin, 4 ədəd elektron tərəzi, 10 ədəd tramadol və 1 ədəd preqabalin həbi aşkar edilərək götürülmüşdür.

Oğurluq etdiyinə görə tutulmuş S.Pənahovun ətrafında Nərimanov RPİ 17-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki 3 mağazadan ümumilikdə 1930 manat pul, 10.000 manat dəyərində 6 ədəd qol saatı, 600 manat dəyərində saat kəmərləri, danışıq kartları və tütün məmulatı oğurlaması da müəyyən edilmişdir.

Suraxanı RPİ 32-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 25-də rayon ərazisindəki evlərin birindən 500 ABŞ dolları, 15 manat pul və 130 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini C.Səmədov saxlanılmışdır.