KRİMİNAL XRONİKA

Əsas səhifə

İyunun 15-də Bakı şəhər sakini E.Təhməzovun ...

16.06.2020

İyunun 15-də Bakı şəhər sakini E.Təhməzovun “VAZ-2106” markalı avtomobilinin qaçırılması barədə Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə müraciət daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinənlər - Balaxanı qəsəbə sakinləri M.Qasımov və əvvəllər məhkum olunmuş E.Heydərov müəyyən edilərək saxlanılmışlar.

Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 16-na keçən gecə Xocəsən qəsəbəsindəki mağazaların birindən 504 manat dəyərində mobil telefon və 285 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Babayev saxlanılmışdır.

Oğurluq etdiyinə görə tutulmuş S.Pənahovun ətrafında Nərimanov RPİ 18-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki 1 gözəllik salonundan 1700 manat  pul və 1 ofisdən 170 manat pul, 250 manat dəyərində mobil telefon və qol saatı oğurlaması da müəyyən edilmişdir.

Suraxanı RPİ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yeni Suraxanı qəsəbə sakini M.Balaqədirovun evindən 87 ədəd çətənə bitkisi və 1,5 kiloqram marixuana aşkar edilərək götürülmüşdür.

Xətai RPİ 34-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 3 mənzildən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri C.Həsənov və əvvəllər məhkum olunmuş P.Mustafayev saxlanılmışlar.