KRİMİNAL XRONİKA

Əsas səhifə

İyunun 17-də saat 17 radələrində Suraxanı rayonunun ...

17.06.2020

İyunun 17-də saat 17 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində İsmayıllı rayon sakini E.Mirzəyev idarə etdiyi “TOFAŞ” markalı avtomobili yolun kənarındakı beton dirəyə vurmuşdur. Nəticədə avtomobildəki sərnişinlərdən Bakı şəhər sakin Natiq Kazımov hadisə yerində ölmüşdür.
Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

İyunun 18-də saat 1 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Bakı şəhər sakini Qəhrəman İmanov idarə etdiyi “Azsamand” markalı avtomobili aşırmışdır. Nəticədə süürücü hadisə yerində ölmüşdür. Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

Nərimanov RPİ 17-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 29-da rayon ərazisindəki mağazaların birindən 1200 manat pul oğurlamaqda  şübhəli bilinən Yardımlı rayon sakini R.Dadaşzadə saxlanılmışdır.