KRİMİNAL XRONİKA

Əsas səhifə

İyunun 20-də saat 22 radələrində Qaradağ rayonunun ...

20.06.2020

İyunun 20-də saat 22 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakini V.Muxtarov idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən Goranboy rayon sakini Şəhriyar Zeynalovu vurmuş və piyada aldığı xəsarətlərdən hadisə yerinə ölmüşdür.
Qaradağ RPİ tərəfindən araşdırma aparılır.
 
Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 2-də Bakı şəhər sakini E.Məmmədovanın mobil telefonunu oğurlamaqda şübhəli bilinən Ağstafa rayon sakini, əvvəllər məhkum olunmuş E.Fərəcov saxlanılmışdır.
Ətrafında aparılmış tədbirlərlə onun rayon ərazisində bir avtomobildən mobil telefon oğurlaması da müəyyən edilmişdir.

Pirallahı RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini V.Seyfullayevin “Fiat” markalı avtomobilindən 2 kiloqram 430 qram marixuana aşkar edilərək götürülmüşdür.