KRİMİNAL XRONİKA

Əsas səhifə

Sabunçu RPİ 12-ci PŞ əməkdaşlarının keçirdikləri ...

08.07.2020

Sabunçu RPİ 12-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 8-də Bakı şəhər sakini T.Zeynalovu bıçaqla hədələyib 500 manat pulunu almaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş S.Şahalıyev saxlanılmışdır.

Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 1000 manat pul və 1600 manat dəyərində planşet, mobil telefon, qızıl qolbaq və çemodan oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini A.Nəzərov saxlanılmışdır.

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 6-da rayon ərazisindəki mağazaların birindən 2900 manat dəyərində 3 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Çubanov saxlanılmışdır.

Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 6-da rayon ərazisindəki evlərin birindən 15 000 manat pul, 300 manat dəyərində velosiped və videomaqnitofon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri N.Abdullayev, M.Əlixanov və əvvəllər məhkum olunmuş İ.Əlixanov saxlanılmışlar.

İyulun 8-də saat 1 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Bakı şəhər sakini A.Səmədzadə idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Qusar rayon sakini Cavid Ağaməmmədovu vurmuşdur. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

İyulun 8-də saat 2 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakini S.Hacıyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Roman Aslanovu vurmuşdur. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
 
Suraxanı RPİ tərəfindən araşdırma aparılır.