KRİMİNAL XRONİKA

Əsas səhifə

Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri ...

10.07.2020

Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 4-də rayon ərazisində  “Toyota” markalı avtomobildən 2 ədəd bankomat kartı və şəxsiyyət vəsiqəsi, habelə banklardan birinə məxsus bankomatdan 5547 manat pulu çıxararaq oğurlamaqda şübhəli bilinən Siyəzən rayon sakini olan bir yeniyetmə saxlanılmış, daha bir nəfərin isə şəxsiyyəti müəyyən edilmişdir.

Soyğunçuluq etdiyinə görə tutulmuş Zakir Aslanovun ətrafında Yasamal RPİ 27-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun iyulun 4-də rayon ərazisində Bakı şəhər sakini olan bir qadına zor tətbiq edib 50 manat pulunu alması da müəyyən edilmişdir.